Niderland rəsmən Hollandiya adından imtina etdi

   Niderland rəsmən Hollandiya adından imtina etdi
  02 Yanvar 2020    Oxunub:5979
2020-ci il yanvarın 1-dən etibarən Hollandiya rəsmi olaraq Niderland adlandırılmağa başlayıb. Azvision.az xəbər verir ki, yeni qərara əsasən, tədris müəssisələri, özəl şirkətlər, mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.
Qeyd olunub ki, hökumət ölkənin yeni obrazını yaratmaq üçün belə qərar qəbul edib. Bildirilib ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında qurulacaq. Belə ki, Niderland adı beynəlxalq tədbirlərdə, həmçinin "Eurovision-2020" mahnı müsabiqəsində təbliğ olunacaq.

Bundan əlavə, ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edib.

Azvision.az


Teqlər: Niderland   Hollandiya  





Xəbər lenti