Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılıb.
Azvision.az