Soyğunçuluq edən keçmiş məhkumlar tutulub

Soyğunçuluq edən keçmiş məhkumlar tutulub
  02 Yanvar 2020    Oxunub:1828
Ötən il dekabrın 31-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini bir nəfərin 300 manat dəyərində qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin və Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsini əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Əhmədov, E.Maqdiyeva və E.Quliyev saxlanılıblar.

Azvision.az


Teqlər: Bakı   Soyğunçuluq  





Xəbər lenti