Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlanıb

Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlanıb
  02 Yanvar 2020    Oxunub:2333
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, M.Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A.Paşayev və Ağcabədi rayon sakini M.Qasımov saxlanılıblar.

Azvision.az


Teqlər: Biləsuvar   Narkotik  





Xəbər lenti