Professorun oğlu zəhərlənmədən ölüb

  02 Yanvar 2020    Oxunub : 3901
 Professorun oğlu zəhərlənmədən ölüb
Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında məlumat verib.

"Dəyərli dostumuz professor Rafael Əhmədovun 28 yaşlı oğlu Rüfət Əhmədovu həkimlər botulizm zəhərlənməsindən xilas edə bilmədilər", - deyə Əliyev bildirib.

Qeyd edək ki, Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Azvision.az

Teqlər: Professor   Oğul   Vəfat