Hərbçilərin övladları bayram şənliklərində iştirak edib

Hərbçilərin övladları bayram şənliklərində iştirak edib
  03 Yanvar 2020    Oxunub:1930
Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.
Müdaifə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on mindən artıq övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib

Bayram mərasimlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Azvision.az


Teqlər: Bayram  





Xəbər lenti