Sudanda təyyarə qəzası - Ölənlər var

Sudanda təyyarə qəzası -  Ölənlər var
  03 Yanvar 2020    Oxunub:3489
Sudanın Qərbi Darfur əyalətində "Antonov" hərbi təyyarəsi qəzaya uğrayıb.
Azvision.az -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15 nəfər həlak olub. Onların arasında yerli məhkəmə orqanlarının 3 nümayəndəsi də olub.

Məlumata görə, təyyarə havaya qaldıqdan bir qədər sonra hava limanından 5 kilometr aralıda qəzaya uğrayıb. Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Azvision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti