General Qasım Süleymaninin öldürüldüyü təsdiqləndi

  General Qasım Süleymaninin öldürüldüyü təsdiqləndi
  03 Yanvar 2020    Oxunub:5531
İran İslam İnqilabı Keşikçiləri Korpusu general Qasım Süleymaninin öldürüldüyünü təsdiqləyib.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Əl-Qüds” qüvvələrinin başçısı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdada endirilən raket zərbələri nəticəsində həlak olub. İran tərəfi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacağını bəyan edib.

Pentaqon isə hadisə ilə bağlı açıqlama yayaraq Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatın ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirildiyini təsdiqləyib.

Qeyd olunub ki, Qasım Süleymaniyə qarşı müdafiə xarakterli əməliyyat Birləşmiş Ştatların xaricdəki şəxsi heyətini müdafiə etmək məqsədilə keçirilib.

Azvision.az


Teqlər: İran   General   ABŞ  





Xəbər lenti