İran generalın öldürülməsinə görə nota verdi

İran generalın öldürülməsinə görə nota verdi
  03 Yanvar 2020    Oxunub:3219
ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in mәtbuat katibi Abbas Musәvi Twitter sәhifәsindә yazıb. O, bildirib ki, müvәqqәti işlәr vәkilinә İranın sәrt notası tәqdim edilib. General Süleymaninin ölümü ilә әlaqәdar notada ABŞ-ın mәsuliyyәt daşıdığı qeyd olunub.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti