Xaçmazda avtomobil qadını vuraraq öldürüb

Xaçmazda avtomobil qadını vuraraq öldürüb
  03 Yanvar 2020    Oxunub:2679
Xaçmazda ölümlə nəticələn yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F. Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti