"Qırmızı Körpü”də yaranan sıxlığın səbəbi açıqlandı

  03 Yanvar 2020    Oxunub : 1499
 "Qırmızı Körpü”də yaranan sıxlığın səbəbi açıqlandı
Ötən gün gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub.
Azvision.az -ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. Onun sözlərinə görə, yaranmışmış problemlə bağlı dərhal müvafiq tədbirlər görülüb:

"Ötən gün Gürcüstan ilə sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb. Bildirim ki, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb".

N.Axundov əlavə edib ki, hazırda "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.

Azvision.az

Teqlər: Sərhəd