ETSN faktiki hava şəraitini açıqlayıb

ETSN faktiki hava şəraitini açıqlayıb
  03 Yanvar 2020    Oxunub:1846
Yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 1.0-2.0 mm; Lənkəran-Astara zonasında: 7.0-29.0 mm , Böyük Qafqazda: 2.0-14.0 mm Mərkəzi Aran rayonlarında: 1.0-4.0 mm; Qazax-Gəncə zonasında: 1.0-3.0 mm Kiçik Qafqazda: 1.0-2.0 mm; Naxçıvan MR-da: Ağdərədə 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Kişçayda (Şəki) 15 sm, Xaltanda 9 sm, Şamaxıda 8 sm, Şahdağda 7 sm, Altıağacda 6 sm, Qırızıda 5 sm, Xınalıq, Mərəzədə 4 sm, Ağdərə, Göygöldə 2 sm, Qusar, Gədəbəy, Qubada 1 sm-ə çatıb.

Temperatur: havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11° şaxta olub.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti