Ötən il Azərbaycan bu ölkələrlə diplomatik münasibətlər qurub

Ötən il Azərbaycan bu ölkələrlə diplomatik münasibətlər qurub
  03 Yanvar 2020    Oxunub:3030
Ötən il Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.
Azvision.az -ın məlumatına görə, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti