Türkiyə ABŞ-İran gərginliyindən narahatdır

 Türkiyə ABŞ-İran gərginliyindən narahatdır
  03 Yanvar 2020    Oxunub:4168
"Regionda yaranan ABŞ-İran gərginliyindən dərin narahatlıq keçiririk".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi İran generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı yaydığı açıqlamada bəyan edib.
"İraqın münaqişə zonasına çevrilməsinin həm İraqda, həm də regionda sülh və sabitliyə zərər verəcəyi xəbərdarlığını ciddi şəkildə təkrar vurğulayırıq. İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaniyə qarşı bu gün səhər saatlarında ABŞ hərbi qüvvələrinin Bağdadda həyata keçirdiyi əməliyyat regionda inamsızlığı artıracaq”.

Açıqlamada, həmçinin Türkiyənin bölgədə xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi çəkişmələrə qarşı olduğu bildirilib.

"Bu səbəblə bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə, regionun sülh və sabitliyini təhlükəyə atacaq addımlardan çəkinməyə və diplomatiyaya üstünlük verməyə dəvət edirik",-deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Türkiyə   ABŞ   İran  





Xəbər lenti