Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub
  04 Yanvar 2020    Oxunub:1790
Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti