Beyləqanda maşın aşıb, sürücü ölüb

Beyləqanda maşın aşıb, sürücü ölüb
  04 Yanvar 2020    Oxunub:1787
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Beyləqan   Qəza  





Xəbər lenti