Seçkilərlə əlaqədar 5387600 bülleten çap ediləcək

Seçkilərlə əlaqədar 5387600 bülleten çap ediləcək
  04 Yanvar 2020    Oxunub:3959
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.
Azvision.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsəverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qeyd olunub ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti