Bakıda daha bir nəfər içkidən zəhərlənərək ölüb

 Bakıda daha bir nəfər içkidən zəhərlənərək ölüb
  04 Yanvar 2020    Oxunub:3215
Bakıda ölüm hadisəsi baş verib. Hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Toksikologiya Şöbəsinə yerləşdirilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Azvision.az



Teqlər: İçki   Zəhərlənmə   Ölüm  





Xəbər lenti