Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi
  04 Yanvar 2020    Oxunub:3174
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu təsdiq edilib.
Azvision.az xəbər verir ki, protokolu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ratifikasiya edib.

Qeyd edək ki, həmin protokolu 2019-cu ilin 16 sentyabrında Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar. Protokolda Komissiyanın 8-ci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

Azvision.az



Teqlər: Türkiyə   Sənəd  





Xəbər lenti