İranda Süleymani ilə vida mərasimi keçirilir - FOTO

İranda Süleymani ilə vida mərasimi keçirilir -  FOTO
  05 Yanvar 2020    Oxunub:4343
ABŞ-ın raket zərbələri nəticəsində ölən İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" xüsusi qüvvələrinin mərhum rəhbəri, general Qasım Süleymani üçün İranın Ahvaz şəhərində cənazə mərasimi keçirilir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimə qatılan 100 minlərlə insan “ABŞ-a ölüm” şüarları səsləndiriblər. Vida mərasimləri başa çatdıqdan sonra Süleymani doğma Kirman şəhərində dəfn olunacaq.



Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.



Azvision.az


Teqlər: İran  





Xəbər lenti