FHN liftdə qalan 7 nəfəri xilas edib

FHN liftdə qalan 7 nəfəri xilas edib
  05 Yanvar 2020    Oxunub:1426
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Səbail, Binəqədi və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
FHN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti