Zərif Trampın təhdidlərinə cavab verib

   Zərif Trampın təhdidlərinə cavab verib
  05 Yanvar 2020    Oxunub:2565
İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın ölkəsinin 52 obyektinin vurulması ilə bağlı təhdidlərinə cavab verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nazir mədəniyyət obyektlərinə edilə biləcək mümkün hücumların müharibə cinayəti olacağını söyləyib.

Onun sözlərinə görə, Tramp "qorxaq qətllər" törətməklə beynəlxalq qanunları ciddi şəkildə pozub.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın hərbi qüvvələrin İraqın paytaxtı Bağdaddakı hava limanına endirdikləri raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.

Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti