Bakıda 4 mərtəbəli binadakı yanğın söndürülüb - Yenilənib

Bakıda 4 mərtəbəli binadakı yanğın söndürülüb -  Yenilənib
  05 Yanvar 2020    Oxunub:4345
Nəsimi rayonunun Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın söndürülüb.
Azvision.az xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
15:10

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Azvision.az -a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti