Politoloqun deputatlığa namizədliyi qeydə alınıb

  05 Yanvar 2020    Oxunub : 3770
Politoloqun deputatlığa namizədliyi qeydə alınıb
Tanınmış politoloq, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini Elşad Mirbəşirin deputatlığa namizədliyi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bununla da E.Mirbəşir deputatlığa namizəd kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

STM rəsmisi imzatoplama kampaniyasında fəal iştirak etdiklərinə görə bütün seçicilərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Elşad Mirbəşirin 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.

Azvision.az

Teqlər: YAP   Namizəd