Goranboyda mikroavtobus yanıb

  05 Yanvar 2020    Oxunub : 1166
Goranboyda mikroavtobus yanıb
Goranboy rayonunda mikroavtobus yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın