Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Mahaçqaladan Bakıya birbaşa aviareys açılır
  06 Yanvar 2020    Oxunub:2757
Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.
Bu barədə TASS-a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov məlumat verib.

"Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır" , - deyə A.Pirməhəmmədov bildirib.

Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.

Azvision.az



Teqlər: Aviareys  





Xəbər lenti