İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirəcək

 İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirəcək
  06 Yanvar 2020    Oxunub:2947
İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə İranın Ali dini lideri Əli Xameneinin məsləhətçisi Hüseyn Deqan deyib.

“Müharibəni Amerika başladı. Ona görə də, onlar hərəkətlərinin məqsədəuyğun nəticəsinə hazır olmalıdırlar. Bu müharibə dövrünə son qoymağın yeganə yolu ABŞ-ın bizə dəyən zərbəyə bərabər zərbə alması ola bilər”, - deyə H.Deqan bildirib.

Onun sözlərinə görə, İranın cavabları birbaşa ABŞ-ın hərbi obyektlərinə yönələcək.

Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti