ABŞ qoşunları İraqdan çıxmayacaq - Tramp

   ABŞ qoşunları İraqdan çıxmayacaq -    Tramp
  06 Yanvar 2020    Oxunub:4547
ABŞ prezidenti Donald Tramp İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması haqqında qərarına münasibət bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Tramp Bağdadı sanksiyalarla hədələyib.

"Əgər hansısa bir düşmənçilik olsa, İraqa qarşı çox əhəmiyyətli sanksiyalar tətbiq edəcəyik. Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik. Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər", - Ağ Ev rəhbəri qeyd edib.

Azvision.az



Teqlər: ABŞ   İraq  





Xəbər lenti