Prezident Vahid Novruzovu təltif edib - Sərəncam

  06 Yanvar 2020    Oxunub : 2873
Prezident Vahid Novruzovu təltif edib - Sərəncam
Prezident İlham Əliyev Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində anadan olub. Sabah onun 70 illik yubileyidir.

Azvision.az

Teqlər: VahidNovruzov