Keçmiş məhkumdan tapança götürülüb

Keçmiş məhkumdan tapança götürülüb
  06 Yanvar 2020    Oxunub:1607
Gəncədə keçmiş məhkumdan tapança götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Gəncə   Məhkum  





Xəbər lenti