Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - Statistika

  06 Yanvar 2020    Oxunub : 3138
Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - Statistika
Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.

Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub.

Azvision.az

Teqlər: Uşaq   Ad   Qız   Oğlan