ABŞ-ın Bakıdakı səfirliyindən amerikalılara xəbərdarlıq
Azvision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb:
Amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilib.
Bundan əlavə, fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.
Azvision.az