“Atası Raqufun yoxluğuna dözə bilmədi” - Şəhidin xanımı

  “Atası Raqufun yoxluğuna dözə bilmədi” -    Şəhidin xanımı
  07 Yanvar 2020    Oxunub:6552
"Qaynatam çox mərd kişi idi. O, Ağdam uğrunda döyüşlərdə fəal iştirak edib, iki şəhid verib".

Bunu Azvision.az -a əfsanəvi kəşfiyyatçı, "Murov Qartalı" ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib. Şəhidin xanımı ötən gün dünyasını dəyişən qaynatası İbrahim Orucovla bağlı xatirələrini bölüşüb:
"Onun həyat yoldaşı da şəhid olub. 1993-cü il iyun ayının 12-də Raquf Orucovun anası onlara yemək aparıb, geri qayıdarkən düşmən gülləsinə tuş gəlib. Onda Raqufun 19 yaşı var idi. Həyat yoldaşından sonra Raqufun şəhid olması atasına böyük zərbə oldu. Oğlunun yoxluğuna dözə bilmirdi. Ürəyi bu dərdə tab gətirmədi. İbrahim Orucov övladları üçün həm ata, həm də ana idi. Vətən üçün 5 mərd övlad yetişdirdi. Bu dünyadan şərəfli ata kimi köçdü".



Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Raquf-Orucov  





Xəbər lenti