Bayram günlərində təcili yardıma 21 minə yaxın müraciət olub

  07 Yanvar 2020    Oxunub : 1500
 Bayram günlərində təcili yardıma 21 minə yaxın müraciət olub
Bayram günlərində Təcili Tibbi Yardıma daxil olan çağırışların sayı təxminən gün ərzində 3000-ə yaxın olub.

Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. Onun sözlərinə görə, bu rəqəm adi günlərə nisbətən 600-800 zəng çoxdur.
“Müraciətlərin artması poliklinika sisteminin işləməməsi ilə əlaqədardır. Müraciətlər əsasən ürək-damar xəstəlikləri, respirator və nevroloji xəstəliklərlə bağlı olub”.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə 7 gün qeyri-iş günü olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bayram   Təcili-Yardım