DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub

DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub
  07 Yanvar 2020    Oxunub:3332
Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinə yeni rəis təyin olunub.
Azvision.az -ın məlumatına görə, bu vəzifəyə Elnur Kələntərov təyinat alıb. O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Kələntərov daha öncə “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda işləyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DMX   Elnur-Kələntərov  





Xəbər lenti