Avstraliyadakı dəhşətli yanğın FOTOLARDA

Avstraliyadakı dəhşətli yanğın  FOTOLARDA
  07 Yanvar 2020    Oxunub:9205
Avstraliyada davam edən meşə yanğınları 500 milyon heyvanın məhvinə səbəb olub.
Azvision.az xəbər verir ki, yanğınlar zamanı heyvanların məhvi, onların xilasedilmə anlarının əks olunduğu fotolar sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, paytaxt Kanberrada meşə yanğınları səbəbiylə havanın həddən artıq tüstülü olmasına görə yerli hakimiyyət insanları 48 saat ərzində evlərini tərk etməməyə çağırıb. Paytaxtın hava limanı bir çox uçuşları ləğv edib, şəhərdəki muzeylər, mağazalar və universitetlər bağlanıb.

Ölkənin cənub-şərq sahilində yağışın yağması yanğınsöndürənlərin yanğınla mübarizəsini bir qədər asanlaşdırıb. Bununla yanaşı, Yeni Cənubi Uels və Viktoriya ştatlarında hələ də 170-ə yaxın yanğın ocağı qalmaqdadır.

Qeyd edək ki, indiyədək yeddi milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər həlak olub.

Yanğından fotoları təqdim edirik:













































Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstraliya   Yanğın   Meşə  





Xəbər lenti