Yol polisi piyadalara müraciət etdi - VİDEO

   Yol polisi piyadalara müraciət etdi -    VİDEO
  07 Yanvar 2020    Oxunub:3321
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Azvision.az xəbər verir ki, videomüraciətdə piyadalara yolu keçərkən diqqətli olmaları tövsiyə edilib:

"İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə tövsiyə olunur. Digər aktual olan məsələ, piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkətinə maneə yaradır, həm də öz həyatlarını riskə atmış olurlar. Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmalı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı xahiş edirik".



Azvision.az



Teqlər: DYP   Piyada   Müraciət  





Xəbər lenti