Bayramda avtovağzaldan 100 mindən çox sərnişin daşınıb

   Bayramda avtovağzaldan 100 mindən çox sərnişin daşınıb
  07 Yanvar 2020    Oxunub:2312
Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) yola salınıb.
Azvision.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, sərnişin axını ən çox 30 dekabr və 2 yanvar tarixlərində müşahidə edilib. Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtovağzal   Bayram  





Xəbər lenti