Aeroportda insident: Bakıdan uçan təyyarə məcburi endi

 Aeroportda insident:  Bakıdan uçan təyyarə məcburi endi
  07 Yanvar 2020    Oxunub:3564
Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Azvision.az


Teqlər: Türkiyə   Təyyarə  





Xəbər lenti