Xoyski küçəsində cinayət - Bakı sakininə hücum edilib

 Xoyski küçəsində cinayət  - Bakı sakininə hücum edilib
  07 Yanvar 2020    Oxunub:2415
Yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, “Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə T.Baxşıyevin avtomobilini vurub hadisə yerini tərk etməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti