Sabunçuda maşın piyadanı vurub öldürdü

  07 Yanvar 2020    Oxunub : 1074
Sabunçuda maşın piyadanı vurub öldürdü
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini İlqar Mövsümov Bərdə rayon sakini S.Qocayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza