Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

  07 Yanvar 2020    Oxunub : 1112
Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 10-da Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Qusar rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qusar şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi) keçiriləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, SiyəzənXızı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qusar şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov