Məşhur cütlüyün oğlu səhvən qətlə yetirilib - FOTO
Məlumata görə, cinayət xəstəxanalardan birinin qarşısında törədilib. Belə ki, qardaşı tərəfindən döyülən Emre təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, tibb müəssisəsinin girişində bıçaqlı hücuma məruz qalıb.
Araşdırma zamanı bəlli olub ki, Akın K. adlı kişi Emreni qohumlarını yaralayan şəxsə bənzədib və qisas məqsədilə ona bıçaq zərbələri endirib. Səhvdən bıçaqlanan gənc oğlan həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Polis cinayətkarı saxlayıb, faktla bağlı araşdırma aparılır.
Azvision.az