Samuxda yanğın - Xəsarət alanlar var

  08 Yanvar 2020    Oxunub : 1549
Samuxda yanğın - Xəsarət alanlar var
Samux rayonunun Qarayeri qəsəbəsində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın   FHN