Masazırda 3 minədək abonent qazsız qaldı

Masazırda 3 minədək abonent qazsız qaldı
  08 Yanvar 2020    Oxunub:1814
Masazır qəsəbəsində 3 minədək abonentin təbii qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman mənzil tikinti kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 millimetr olan yeraltı polietilen qaz xəttini zədələyib. Bununla da 3 minədək abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işlərindən sonra qaz açılışı bərpa olunarkən təkrar qaz sızması aşkarlanıb.

Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Bununla əlaqədar yanvarın 8-də səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub. Kəmərin yararsız hala düşməsinə səbəbkar olan MTK nümayəndələri də əraziyə dəvət edilib. Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.

Azvision.az



Teqlər: Azəriqaz   Masazır   Qaz  





Xəbər lenti