Təyyarə qəzasında ölənlərin sayı dəqiqləşdi - SİYAHI (Yenilənib)

  08 Yanvar 2020    Oxunub : 7389
Təyyarə qəzasında ölənlərin sayı dəqiqləşdi - SİYAHI (Yenilənib)
İranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin siyahısı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, qəzada ölənlərin əksəriyyəti İran vətəndaşlarıdır.

Ukrayna vətəndaşları - 11 nəfər (9 ekipaj üzvü daxil olmaqla)

İran vətəndaşları - 82 nəfər

Kanada vətəndaşları - 63 nəfər

Almaniya vətəndaşları - 3 nəfər

Böyük Britaniya vətəndaşları - 3 nəfər

İsveç vətəndaşları - 10 nəfər

Əfqanıstan vətəndaşları - 4 nəfər

Hazırda qəzada dünyasını dəyişənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Ukrayna Baş Prokurorluğunda faktla bağlı cinayət işi açılıb, bir qrup müstəntiqin İrana ezam olunacağı gözlənilir. Bundan başqa, təyyarənini ikinci "qara qutu"sunun tapıldığı deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı hava gəmisində 180-ə yaxın sərnişin olub. Onların hamısının həlak olduğu bildirilib.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: İran   Təyyarə   Qəza