10 yaşlı Nərmin dəfn olundu

10 yaşlı Nərmin dəfn olundu
  08 Yanvar 2020    Oxunub:7639
Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.
Azvision.az -ın məlumatına görə, yeniyetmə qızın cənazəsi bu gün Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az


Teqlər: NərminQuliyeva   Tovuz  





Xəbər lenti