Hərbi xidmətin nüfuzunun yüksəldilməsinə dair tədbirlər planı imzalanıb

Hərbi xidmətin nüfuzunun yüksəldilməsinə dair tədbirlər planı imzalanıb
  08 Yanvar 2020    Oxunub:1760
Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-2023-cü illər üçün “Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə” birgə tədbirlər planını imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, planda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların təbliği, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunda kütləvi tədbirlərin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılığını daha da artırmaq məqsədilə tarixi yerlərə gəzintilərin, tarixi günlərə həsr olunan dəyirmi masaların təşkili, maarifləndirmə və təbliğat işlərinin aparılması və digər məsələlər nəzərdə tutulub.

Planlaşdırılan tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi məqsədilə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti