ABŞ-ın Bakıdakı səfirliyi viza verilməsini dayandırıb? - Açıqlama

  08 Yanvar 2020    Oxunub : 3711
ABŞ-ın Bakıdakı səfirliyi viza verilməsini dayandırıb? - Açıqlama
ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq xidməti fəaliyyətini normal şəkildə davam etdirir.
Bu barədə Azvision.az -a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq xidməti fəaliyyətini normal şəkildə davam etdirir və bu həftənin axırına kimi heç bir dəyişiklik olmayacaq”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə səfirliyin bağlı olmasına dair məlumatlar yayılıb. Həmçinin, Ermənistan mətbuatı İrəvanda yerləşən ABŞ səfirliyinin vizaların verilməsini dayandırdığını yazıb. Bu da Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Səfirlik   Viza