Hikmət Hacıyev Fransada müzakirələr aparıb - FOTO

Hikmət Hacıyev Fransada müzakirələr aparıb -  FOTO
  08 Yanvar 2020    Oxunub:3451
Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Fransaya səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Tvitter" səhifəsində yazıb. Onun sözlərinə görə, səfər zamanı Yelisey sarayında fransalı həmkarları ilə görüşmək imkanı əldə edib.

“Ölkələrimiz arasında siyasi dialoqa və ənənəvi dostluğa əsaslanan münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar mövcuddur”, - deyə H.Hacıyev qeyd edib.

O, həmçinin Fransanın beyin və araşdırma mərkəzləri nümayəndələrinin iştirakı ilə müzakirələrin aparıldığını vurğulayıb: “Mən 2, 5 saat davam edən müzakirələrdən zövq aldım. Ermənistan-Azərbaycan münaqişəsi, Fransa-Azərbaycan münasibətləri, Yaxın Şərq, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı, enerji və Prezidentin həyata keçirdiyi geniş islahat təşəbbüsləri müzakirə olundu”.





Pərvanə Sultanova
Azvision.az



Teqlər: Hikmət-Hacıyev   Fransa  





Xəbər lenti